Rusiyada GÜCLÜ ZƏLZƏLƏ
Kamçatka yarımadasında 5,8 bal gücündə zəlzələ baş verib.
Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 232 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentri 40,5 kilometr dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidməti hadisə nəticəsində itkilərin olmadığını bildirib.
Mövzular: