İranda ibtidai sinif müəllimi ölüm CƏZASI VERİLƏCƏK
İranda etirazlarla əlaqədar saxlanılan ibtidai sinif müəllimi Məstura Nərimani ölüm hökmü ilə üzləşə bilər.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, Nərimani 11 yanvarda Əhvaz şəhərində keçirilən etirazlar zamanı həbs olunub. Onun üzərinə təhlükəsizliklə bağlı ittihamlar qoyulub və o, “xarici mediaya video və digər materiallar ötürmək”də ittiham olunur.
“Iran International”ın məlumatına görə, müəllimin işi “milli etirazlar” çərçivəsində araşdırılır və irəli sürülən ittihamlar ən ağır cəzaları, o cümlədən ölüm hökmünü nəzərdə tuta bilər.

Mövzular: