Reklam resmi
Reklam resmi

Meksikada şəhərinin meri narkotik karteli ilə SAXLANILIB

Meksikada şəhərinin meri narkotik karteli ilə SAXLANILIB
Dünya

Meksika təhlükəsizlik qüvvələri Halisko ştatının Tekila şəhərinin meri Dieqo Rivera Navarronu daha üç yerli məmurla birlikdə saxlayıb.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuş məlumat verib. Onun sözlərinə görə, saxlanılanlar arasında bələdiyyənin ictimai təhlükəsizlik direktoru, kadastr xidmətinin direktoru və ictimai işlər direktoru da var.

“Tekila bələdiyyəsinin meri Dieqo R. N. Halisko ştatında saxlanılıb. Daha üç şəhər məmuru da eyni zamanda tutulub”, – deyə nazir X sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, bu həbslər daha əvvəl Meksika ştatında bir neçə bələdiyyə rəhbərinin saxlanıldığı genişmiqyaslı “Enjambre” əməliyyatı çərçivəsində həyata keçirilib. Əməliyyat ordu, donanma, Baş Prokurorluq və Milli Kəşfiyyat Mərkəzinin birgə iştirakı ilə aparılıb.

Qarsiya Harfuşun sözlərinə görə, əməliyyat Prezident Klaudiya Şeynbaum tərəfindən təsdiqlənmiş “Şantaj və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilir.

Milenio nəşrinin yazdığına görə, müstəntiqlər Tekila şəhərinin merinin ştatda pivə və tekila istehsalçılarına qarşı şantaj sxemində iştirak edə biləcəyini istisna etmirlər. O, həmçinin “Xalisko Yeni Nəsil” narkotik karteli ilə əlaqədə şübhəli bilinir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Meksika narkotik karteli

Digər Xəbərlər