Reklam resmi
Reklam resmi

Türkiyədə 24 saat ərzində iki GÜCLÜ ZƏLZƏLƏ OLDU

Türkiyədə 24 saat ərzində iki GÜCLÜ ZƏLZƏLƏ OLDU
Dünya

Türkiyədə son 24 saat ərzində iki zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Təcili Yardım İdarəetmə Başçılığı (AFAD) məlumat yayıb. Agentliyin bildirdiyinə görə, Türkiyənin Ərzincan əyalətində 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri 4,52 kilometr dərinlikdə yerləşib. Hazırda zəlzələnin fəsadları barədə məlumat yoxdur.

Bundan əlavə, AFAD-ın məlumatına əsasən, Aralıq dənizi (Akdeniz) bölgəsində də 4,2 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 5,32 kilometr dərinlikdə olub.

Rəsmi qurumlar hər iki zəlzələ ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə zəlzələ

Digər Xəbərlər