Pakistanın məscidində partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb
Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 31-ə yüksəlib.
Ajans.az xəbər verir ki, bu barədə Pakistanın “Dawn” qəzeti fevralın 6-da rayon administrasiyasının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, cümə namazı zamanı məsciddə baş verən güclü partlayış nəticəsində azı 31 nəfər həyatını itirib, 169 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Mövzular: