Reklam resmi
Reklam resmi

Toy avtobusu QƏZAYA DÜŞDÜ: HƏLAK OLANLAR VAR

Toy avtobusu QƏZAYA DÜŞDÜ: HƏLAK OLANLAR VAR
Dünya
395

Nepalda toy mərasimindən qayıdan avtobus dağ yolundan çıxaraq yamacdan aşağı düşüb.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, qəza nəticəsində ən azı 13 nəfər ölüb, 34 nəfər yaralanıb.

Baitadi rayonundakı polisin məlumatına görə, hadisə 5 yanvar axşamı baş verib. Avtobus Budgaun kəndi yaxınlığında təxminən 200 metr aşağı düşüb. Yaralılar dərhal xəstəxanalara çatdırılıb, mərhumların cəsədləri isə dağıntılar altından çıxarılıb.

Gəlin və bəy başqa nəqliyyat vasitəsində olduğundan xəsarət almayıblar. Qəzanın səbəbi hələlik müəyyən edilməyib, polis araşdırmalara başlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nepal qəza

Digər Xəbərlər