Reklam resmi
Reklam resmi

Kanadada oğrular ərzaq oğurlayıb ehtiyacı olanlara payladılar

Kanadada oğrular ərzaq oğurlayıb ehtiyacı olanlara payladılar
Dünya

Kanadanın Monreal şəhərində Robin Hud papaqları geyinmiş bir qrup şəxs bir baqqal mağazasına basqın edib və oğurladıqları ərzaqları ehtiyacı olanlara paylayıblar. Hadisə qiymət artımlarına etiraz olaraq baş verib.

Ajans.az xəbər verir ki, məlumatı CNN yayıb. Hadisəni törədən fəal təşkilat Robins des Ruelles (Xiyabanların Robinləri) soyğunçuluqda təxminən 60 nəfərin iştirak etdiyini açıqlayıb. Onlar Rachelle Bery sağlam qida mağazasından oğurladıqları ərzaqları şəhərdəki bir neçə ictimai soyuducuya paylayıblar və mağazanın divarına “Mənfəət cəhənnəmə” yazısını vurublar.

Təşkilat bu hərəkəti qida inflyasiyasına qarşı “siyasi akt” adlandırıb: "Biz hər gün bu mənfəətə yönəlmiş supermarketlərdən ərzaq ala bilmək üçün yorulmadan çalışırıq. Artıq yaxşı yemək, başımızın üstündə bir dam saxlamaq və ailələrimizə qayğı göstərmək üçün iki iş kifayət etmədikdə, istənilən vasitə qanuni olur," – deyə onlar bildiriblər.

Monreal polisi oğurluq və qraffiti ilə bağlı araşdırmaya başlayıb. Mətbuat xidmətinin məlumatına görə, hadisə zamanı heç kimin xəsarət almadığı və hələlik heç kimin saxlanılmadığı bildirilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kanada oğrular

Digər Xəbərlər