Reklam resmi
Reklam resmi

Keçmiş Norveç Baş nazirinə qarşı cinayət işi açılıb

Keçmiş Norveç Baş nazirinə qarşı cinayət işi açılıb
Dünya

Norveçin keçmiş Baş naziri və Nobel Komitəsinin sədri Torbyorn Yaqlanda qarşı cinayət işi açılıb.

Ajans.az xəbər verir ki, bu barədə Norveçin İqtisadi və Ətraf Mühit Cinayətlərinin Araşdırılması və Təqibi üzrə Milli Orqanı (Økokrim) məlumat yayıb.

Yaqland həmçinin əvvəl Avropa Şurasının (COE) Baş katibi vəzifəsində çalışıb. Ona qarşı ağır korrupsiya ittihamı irəli sürülüb. Økokrim araşdırma çərçivəsində Yaqlandın vəzifələri ilə bağlı hədiyyələr, səyahət xərcləri və kreditlər alıb-almadığını yoxlayacaq.

Məlumata görə, Yaqland maliyyəçi Ceffri Epşteyni tanıyır və onunla tez-tez əlaqə saxlayıb. 2014-cü ildə siyasətçi şəxsi evinin alınmasının maliyyələşdirilməsində ondan yardım istəyib.

Beynəlxalq təşkilatın keçmiş rəhbəri statusu sahibinə cinayət təqibindən toxunulmazlıq verir. Økokrim bu səbəbdən Yaqlandın toxunulmazlıq statusunun ləğvi üçün Norveç Xarici İşlər Nazirliyinə müraciət edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Norveç Torbyorn Yaqlanda

Digər Xəbərlər