ABŞ vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb
İran ətrafında artan gərginlik fonunda ABŞ hökuməti ölkədə olan vətəndaşları üçün təcili xəbərdarlıq yayımlayıb.
Ajans.az xəbər verir ki, ABŞ-ın İrandakı virtual səfirliyi “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bütün Amerika vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb. Bildirişdə təhlükəsizlik risklərinin ciddi olduğu vurğulanır.
Xəbərdarlıqda aşağıdakı mümkün risklər qeyd edilib:
- internet və rabitə xidmətlərində kəsintilərin yaşana biləcəyi;
- nəqliyyatın pozulması səbəbindən alternativ marşrutlara ehtiyac yaranacağı;
- İranın quru yolu ilə, xüsusilə Türkiyə və ya Ermənistan vasitəsilə tərk edilməsinin tövsiyə olunduğu;
- ikili vətəndaşlığı olan şəxslərin (İran–ABŞ) saxlanılma riskinin yüksək olduğu.
Bununla yanaşı, açıqlamada qeyd olunur ki, ABŞ hökuməti İranı tərk edən vətəndaşlara rəsmi yardım göstəriləcəyinə dair heç bir zəmanət vermir.
Səfirlik Amerika vətəndaşlarına ölkədə qalmamağı və təhlükəsizlik baxımından mümkün qədər tez İranı tərk etməyi tövsiyə edib.
Mövzular: