Reklam resmi
Reklam resmi

Rusiyada məktəbli 10-cu mərtəbədən yıxılaraq SAĞ QALIB

Rusiyada məktəbli 10-cu mərtəbədən yıxılaraq SAĞ QALIB
Dünya

Rusiyanın Moskva şəhərində 16 yaşlı məktəbli qız 10-cu mərtəbənin pəncərəsindən yıxılmasına baxmayaraq sağ qalıb.

Ajans.az MK-ru-ya istinadən xəbər verir ki, hadisə fevralın 4-də paytaxtın cənub-şərq hissəsində yerləşən yaşayış binasında baş verib. Sviter və legins geyinmiş qız hündürmərtəbəli binanın pəncərəsindən qar yığını üzərinə düşüb.

Məlumata görə, yıxıldıqdan sonra yeniyetmə nəinki sağ qalıb, hətta ayağa qalxa bilib. O, müstəqil şəkildə binanın birinci mərtəbəsində yerləşən gözəllik salonuna gedərək kömək istəyib.

Hazırda hadisənin səbəbləri araşdırılır, qızın vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya məktəbli

Digər Xəbərlər