ABŞ vitse-prezidenti Azərbaycana mümkün səfər tarixini AÇIQLADI
ABŞ-nin vitse-prezidenti Ceyms Devid (J.D.) Vens İtaliyanın Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Azərbaycan və Ermənistana səfər edəcək.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, Vens Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinə vitse-prezidentin həyat yoldaşı Uşa Vens, ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertitta da daxildir.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə Ermənistan və Azərbaycan arasında sülh sazişinin hazırlanması prosesinə dəstək göstərilməsi tapşırığını verib.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milan şəhərində keçiriləcək.
Mövzular: