Trampa sui-qəsd edən şəxsə ÖMÜRLÜK CƏZA VERİLDİ
Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi Rayan Uesli Rutu ömürlük həbs cəzasına məhkum edib. O, 2024-cü il prezidentlik kampaniyası dövründə ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi etməkdə təqsirli bilinib.
Ajans.az Fox News-a istinadən xəbər verir ki, prokurorluq Rutun özünü günahsız hesab etməsini və əməlinə görə peşmanlıq hissi keçirməməsini ağırlaşdırıcı hal kimi qiymətləndirib.
Prokurorların bildirdiyinə görə, Rayan Uesli Rut bir neçə həftə ərzində Trampa qarşı sui-qəsd cəhdini planlaşdırıb. Müdafiə tərəfi isə məhkəmədən onun üçün 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Mövzular: