Baydenin həyat yoldaşının keçmiş əri qətldə İTTİHAM OLUNUR
ABŞ-ın keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin ilk əri, 77 yaşlı Uilyam Stivenson qətldə ittiham edilərək həbs olunub. O, 500.000 dollar girov müqabilində müvəqqəti həbsdə saxlanılır.
Ajans.az NBC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bildirir ki, dekabr ayında polis məişət zorakılığı barədə məlumat aldıqdan sonra Stivensonun evinə gedib. Onun həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb; yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.
Şübhəli qətlin tam təfərrüatları hələlik açıqlanmayıb.
Mövzular: