Rusiyada səkkizinci sinif şagirdi sinif yoldaşını YANDIRIB
Rusiayanın Krasnoyarsk şəhərin 153 nömrəli məktəbində səkkizinci sinif şagirdi, sinif yoldaşına benzin tökərək yandırıb. Hadisə nəticəsində oğlan bədəninin ən azı 30%-ni əhatə edən ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıb.
Ajans.az Mash teleqram kanalına istinadən xəbər verir ki, şagird tualetə benzin şüşəsi gətirib, sinif yoldaşına yanıcı maye töküb. Hadisədən sonra onun çantasında çəkic tapılıb.
Məktəb işçiləri yanğını söndürüb və zərərçəkən təcili yardım tərəfindən xəstəxanaya aparılıb. O, hal-hazırda təhlükədən kənardadır və müalicə olunur. Hadisəni törədən şagird isə məktəbdə saxlanılıb.
Mövzular: