Reklam resmi
Reklam resmi

Niderland Kraliçası hərbi xidmətə ÇAĞIRILIB

Niderland Kraliçası hərbi xidmətə ÇAĞIRILIB
Dünya

Niderland Kraliçası Maksima yaxın vaxtlarda Krallığın Silahlı Qüvvələrində ehtiyatda olan zabit kimi hərbi xidmətə başlayacaq.

Ajans.az xəbər verir ki, bu barədə RTL Nieuws telekanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Kraliça Maksima həm nəzəri, həm də fiziki hazırlığı əhatə edən xüsusi hərbi təlim proqramında iştirak edəcək. Təlim çərçivəsində o, şəxsi silahla davranış qaydalarını, hədəfə atəş açmağı, taktiki hazırlığın əsaslarını və xəritə üzrə naviqasiya bacarıqlarını öyrənəcək.

Məlumata görə, təlim proqramı Kraliçanın rəsmi iş qrafiki nəzərə alınmaqla çevik formada təşkil olunacaq və onun dərslərdə müntəzəm iştirakı planlaşdırılır.

Müdafiə Nazirliyi hesab edir ki, kral ailəsinin üzvünün hərbi xidmətə cəlb olunması Niderland vətəndaşları arasında hərbi karyeraya və ehtiyat xidmətə marağın artmasına müsbət təsir göstərəcək.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Niderland Kraliça Maksima

Digər Xəbərlər