Reklam resmi
Reklam resmi

Trampın adı Epşteyn sənədlərində İncildə İsa peyğəmbərdən DAHA ÇOX ÇƏKİLİR

Trampın adı Epşteyn sənədlərində İncildə İsa peyğəmbərdən DAHA ÇOX ÇƏKİLİR
Dünya

ABŞ-nin prezidenti Donald Trampın adı maliyyəçi Ceffri Epşteynlə əlaqəli 5 300-dən çox sənəddə ümumilikdə təxminən 38 min dəfə qeyd olunub.

Ajans.az The New York Times qəzetinə istinadən xəbər verir ki, sözügedən sənədlərə məhkəmə materialları, əlaqə siyahıları və media mətnləri daxildir. Qeydlərin böyük hissəsi birbaşa ittiham xarakteri daşımır və əsasən təkrarlanan istinadlardan ibarətdir.

Qeyd olunub ki, sənədlərdə adın çəkilməsi hər hansı qanun pozuntusunun sübutu hesab edilmir. Donald Tramp Epşteynlə əlaqəli heç bir cinayət işi üzrə ittiham olunmayıb.

Buna baxmayaraq, Trampın adının bu qədər çox sənəddə yer alması sosial şəbəkələrdə və internet istifadəçiləri arasında geniş müzakirələrə və təəccübə səbəb olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp Ceffri Epşteyn

Digər Xəbərlər