Reklam resmi
Reklam resmi

Miqrantları daşıyan qayıq SAXLANILDI: ÖLƏNLƏR VAR

Miqrantları daşıyan qayıq SAXLANILDI: ÖLƏNLƏR VAR
Dünya

Yunanıstan Sahil Mühafizəsi qanunsuz miqrantları daşıyan sürət qayığının saxlanılması məqsədilə əməliyyat keçirib. Hadisə nəticəsində azı beş nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Ajans.az Efimerida ton Sindakton qəzetinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 21:00 radələrində Xios adası sahillərində baş verib. Hadisənin dəqiq təfərrüatları hələlik açıqlanmayıb.

Məlumata görə, Sahil Mühafizəsi qanunsuz miqrantları daşıdığı ehtimal edilən qayığı dayandırmağa çalışarkən iki gəmi arasında toqquşma və ya atışma baş verib. Nəticədə çoxlu sayda sərnişin xəsarət alıb. Politichios.gr saytının məlumatına əsasən, hadisə nəticəsində beş nəfərin öldüyü təsdiqlənib.

Qayığın göyərtəsində təxminən 35 nəfərin olduğu bildirilir. Onlardan bəziləri itkin düşüb. Bu barədə məlumat daxil olduqdan sonra Yunanıstan Sahil Mühafizəsi qüvvələri Hərbi Hava Qüvvələri ilə birgə axtarış-xilasetmə əməliyyatına başlayıb. Əməliyyata termal görüntüləmə kameraları ilə təchiz olunmuş helikopter də cəlb edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yunanıstan Miqrantlar

Digər Xəbərlər