Reklam resmi
Reklam resmi

Rusiyada doqquzuncu sinif şagirdi məktəbdə ATƏŞ AÇIB: YARALILAR VAR

Rusiyada doqquzuncu sinif şagirdi məktəbdə ATƏŞ AÇIB: YARALILAR VAR
Dünya

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində doqquzuncu sinif şagirdi məktəbin idman zalında atəş açıb. Hadisə 16 nömrəli gimnaziyada baş verib.

Ajans.az Rusiyanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şagird dərs zamanı plastik BB tapançası ilə idman zalına daxil olub və müəllimə, eləcə də üç sinif yoldaşına bir neçə dəfə atəş açıb. Bundan əlavə, o, fişəng də partladıb.

Nazirliyin Telegram kanalında yayımlanan açıqlamada bildirilir ki, yeniyetmə patrul polisi və Rusiya Milli Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda hadisənin motivləri və başvermə şəraiti araşdırılır. Yaralananlar barədə əlavə məlumat verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya atəş

Digər Xəbərlər