Pezeşkian ABŞ ilə nüvə danışıqlarının başlanmasını ƏMR EDİB
İran Prezidenti Məsud Pezeşkian bu gün ABŞ ilə nüvə danışıqlarının başlanmasını rəsmi olaraq əmr edib.
Ajans.az xəbər verir ki,bu barədə İİKK-yə yaxın Fars News agentliyi hökumət mənbəyinə istinadən məlumat yayıb.
Prezident bildirib ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la müzakirələrə hazırdır. Hökumət mənbələrinin verdiyi məlumata görə, Amerika tərəfi ilə ilkin təmasların yaxın günlərdə Türkiyədə baş tutması gözlənilir.
Mövzular: