Rusiya-Ukrayna görüşünün vaxtı açıqlandı
Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.
O bildirib ki, Ukraynanın danışıqlar qrupunun hesabatını dinləyib. “Ukrayna məzmunlu və konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq”, – deyə dövlət başçısı əlavə edib.
Mövzular: