Reklam resmi
Reklam resmi

3700 manat dəyərində qızıl-zinət əşyaları OĞURLANDI

3700 manat dəyərində qızıl-zinət əşyaları OĞURLANDI
Kriminal

Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanılıb

Ajans.az xəbər verir ki, Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. 

Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq  əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mövzular:
soyğunçuluq DİN qızıl-zinət əşyaları

Digər Xəbərlər