Reklam resmi
Reklam resmi

Bu ölkədə FÖVQƏLADA VƏZİYYƏT ELAN EDİLİB

Bu ölkədə FÖVQƏLADA VƏZİYYƏT ELAN EDİLİB
Dünya

Argentina hökuməti ölkədə davam edən genişmiqyaslı meşə yanğınları səbəbindən La Pampa əyalətində və Pataqoniya bölgəsinin üç vilayətində fövqəladə vəziyyət elan edib.

Ajans.az xəbər verir ki, bu barədə Argentina hökumətinin sözçüsü Manuel Adorni açıqlama verib.

O, sosial şəbəkə X hesabında yazıb: “Hazırda Çubut, Rio Neqro, Neuken və La Pampa əyalətlərində baş verən yanğınlarla əlaqədar fövqəladə vəziyyətin tətbiq olunmasını nəzərdə tutan fövqəladə fərmanın imzalanması gözlənilir”.

Məlumata görə, Argentinanın cənub bölgələrində meşə yanğınları artıq bir neçə həftədir davam edir. Yanğınlar La Pampa əyalətində 168 min hektardan çox, Çubutda 45 min hektar, Rio Neqroda 10 min hektar, Neukendə isə 6 min hektar ərazini əhatə edib.

Yanğın zonasına həmçinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Los Alerces Milli Parkı da daxildir. Hadisə ilə bağlı fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Argentina fövqəladə vəziyyət

Digər Xəbərlər