Reklam resmi
Reklam resmi

İspaniyada 27 qadın cinsi istismardan XİLAS OLUNUB

İspaniyada 27 qadın cinsi istismardan XİLAS OLUNUB
Dünya

İspaniyada insan alveri ilə məşğul olan cinayətkar şəbəkə zərərsizləşdirilib, 27 qadın cinsi köləlikdən azad edilib.

Ajans.az xəbər verir ki, bu barədə İspaniya Milli Polisi rəsmi açıqlama yayıb.

Bildirilib ki, polis araşdırması 2024-cü ilin iyul ayında Milli Polisin insan alverinə qarşı yardım xidməti tərəfindən alınan elektron məktub əsasında başlanıb. Məlumatda Santa Kruz de Tenerifedə yerləşən dörd gecə klubunu idarə edən və bir neçə qadını istismar edən cütlük barədə iddialar yer alıb.

Keçirilən əməliyyat nəticəsində, aralarında yetkinlik yaşına çatmayanların da olduğu 27 qadın azad edilib.

Cinayətkar təşkilatın iki əsas lideri də daxil olmaqla ümumilikdə 14 nəfər saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniya hadisə

Digər Xəbərlər