Reklam resmi
Reklam resmi

Bitcoin 83 min dollara kimi UCUZLAŞIB

Bitcoin 83 min dollara kimi UCUZLAŞIB
İqtisadiyyat

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə azalma tendensiyası müşahidə olunub.

Ajans.az xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 5,74% azalaraq 83 068 dollara enib, bazar kapitallaşması isə 1,66 trln. dollar təşkil edib.

Ethereum da mənfi dinamika nümayiş etdirib. Aktivin qiyməti sutka ərzində 6,92% azalaraq 2 752 dollara enib. Kriptovalyutanın bazar dəyəri isə 332,2 mlrd. dollar səviyyəsində formalaşıb.

Ən iri alternativ kriptovalyutalar arasında BNB son 24 saatda 5,45%, XRP 6,27%, Solana isə 6,40% ucuzlaşıb. Həftəlik müqayisədə eniş Solana üzrə 10,12%, Cardano üzrə 9,60%, Dogecoin üzrə isə 8,52% təşkil edib.

Stabilkoinlərdə nisbi sabitlik qorunub: USDT və USDC qiymətləri 1 dollar ətrafında dəyişib.

Bazarın ümumi dinamikası riskli aktivlərə marağın azalması, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artması və investorların qısamüddətli mənfəət realizasiyası ilə izah olunur.

Mövzular:
bitcoin

Digər Xəbərlər