Hərbi təyyarə qəzaya UĞRAYIB: ÖLƏNLƏR VAR
Tayland Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimalındakı Çianq May əyalətində qəzaya uğrayıb. Hadisə nəticəsində hər iki pilot həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə Matichon qəzeti məlumat yayıb.
Məlumata görə, AT-6 turbovintli yüngül hücum və kəşfiyyat təyyarəsi yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 7:30) meşəlik ərazidə qəzaya uğrayıb.
Təcili yardım xidmətləri qəza yerinə cəlb olunub və araşdırma aparılır.
Mövzular: