Reklam resmi
Reklam resmi

Tramp məşhur müğənniyə “qızıl kart” HƏDİYYƏ ETDİ

Tramp məşhur müğənniyə “qızıl kart” HƏDİYYƏ ETDİ
Dünya

Trinidad əsilli müğənni Nikki Minaj ABŞ Prezidenti Donald Trampa açıq şəkildə verdiyi dəstəyə görə ABŞ-də daimi yaşayış hüququnu təmin edən "Trump Gold Card" (Trampın Qızıl Kartı) alıb.

Ajans.az xəbər verir ki, bu barədə ifaçı X sosial şəbəkəsində məlumat verib.

“Hazırda möhtəşəm və səxavətli prezidentim sayəsində vətəndaşlıq sənədlərimin rəsmiləşdirilməsini yekunlaşdırıram. Vəsatətiniz üçün təşəkkür edirəm! Siz olmasaydınız, bunu bacarmazdım. Vətəndaş Nikki, sən zirvədəsən”, – deyə müğənni yazıb.

Minaj vurğulayıb ki, kartı ödənişsiz əldə edib, halbuki proqram ilkin olaraq xarici investorlar üçün nəzərdə tutulmuşdu və ABŞ-da daimi yaşayış hüququ üçün 1 milyon dollar məbləğində ödəniş tələb edirdi.

Mövzular:
Tramp

Digər Xəbərlər