Reklam resmi
Reklam resmi

Ukrayna MDB sərhədlərinin mühafizəsi üzrə müqavilədən çıxdı

Ukrayna MDB sərhədlərinin mühafizəsi üzrə müqavilədən çıxdı
Dünya

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının mühafizəsini nəzərdə tutan müqavilədə iştirakına rəsmi olaraq xitam verib.

Ajans.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb. Sənəd dövlət başçısının rəsmi saytında dərc olunub.

Fərmanda qeyd edilir ki, Ukrayna 20 mart 1992-ci ildə Kiyevdə MDB-yə üzv dövlətlər arasında imzalanmış “dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının mühafizəsi haqqında” müqavilədən çıxır.

Qərarın qüvvəyə minmə tarixi və praktiki nəticələri ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna MDB

Digər Xəbərlər