Reklam resmi
Reklam resmi

Ukrayna Gürcüstana səfir TƏYİN ETDİ

Ukrayna Gürcüstana səfir TƏYİN ETDİ
Dünya

Mixail Brodoviç Ukraynanın Gürcüstandakı səfiri vəzifəsinə təyin olunub.

Ajans.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Brodoviç 1996-cı ildən Ukraynanın Xarici İşlər Nazirliyində çalışır. O, vaxtilə Ukraynanın İstanbulda və Krakov şəhərlərində Baş konsulu olub. 2015-ci ildən 2022-ci ilədək isə Ukraynanın Sloveniyadakı səfiri vəzifəsini tutub.

Qeyd edək ki, Ukraynanın Gürcüstandakı səfiri vəzifəsi 2022-ci ildən vakant idi. Zelenski Ukraynanın keçmiş səfiri İqor Dolqovu 2022-ci ilin martında geri çağırmışdı. O, bu qərarını diplomatın Rusiyaya qarşı Gürcüstan tərəfindən sanksiyaların tətbiqinə nail olmaması ilə izah etmişdi.

Mövzular:
Gürcüstan Səfir

Digər Xəbərlər