Reklam resmi
Reklam resmi

Yaponiyada güclü qar nəticəsində 16 nəfər HƏLAK OLUB

Yaponiyada güclü qar nəticəsində 16 nəfər HƏLAK OLUB
Dünya

Yaponiyada güclü qar yağışı nəticəsində ən azı 16 nəfər ölüb, təxminən 120 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar və yolları təmizləyərkən xəstələnən şəxslər var. Ən çox ölüm hadisəsi Niiqata prefekturasında (11), Akita prefekturasında (4) və Yamaqatada (1) qeydə alınıb.

Son günlər Yaponiyanın bir neçə prefekturasında, əsasən Niiqata, Hokkaydo, Akita, Yamaqata və Şimanedə güclü qar yağışı müşahidə olunub. Güclü qar səbəbindən əvvəlcə 56 reys ləğv edilib və minlərlə insan Hokkaydo ştatının Sapporo şəhərindəki Şin-Çitose hava limanında gecələməli olub.

Sinoptiklər xəbərdarlıq edirlər ki, qar yağışı Yaponiyanın digər bölgələrində, o cümlədən Aomori, Niiqata, İşikava və Tottori prefekturalarında ictimai nəqliyyatın hərəkətini də poza bilər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya güclü qar

Digər Xəbərlər