Reklam resmi
Reklam resmi

Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək- Zelenski

Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək- Zelenski
Dünya

"Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək., kompromis axtarıb tapmaq lazımdır”.

Ajans.az xəbər verir ki, Bunu Ukrayna prezidenti Volodimir Zelenski Əbu-Dabidə baş tutmuş danışıqların nəticələrini şərh edərkən bildirib.

 "Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır", - o vurğulayıb.

 Zelenski Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri haqqında sənədin 100% hazır olduğunu, qalan tək şeyin onu imzalamaq olduğunu deyib.

 "Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri bu müharibənin bitməsi üçün konkret tarixləri göstərir. Sənəd 100% hazırdır. Biz tərəfdaşlarımızın imzalanma tarixi və yeri ilə bağlı siqnalını gözləyirik. Bundan sonra o, təsdiq üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək", - Zelenski əlavə edib.

Mövzular:
Zelenski

Digər Xəbərlər