Pakistanda yanğında ölənlərin sayı 67-ə çatdı
Pakistanda Karaçi şəhərində baş verən ticarət mərkəzi yanğınının nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, cəsədlərin əksəriyyəti yanğın zamanı alıcıların sıxlıqdan qaçmağa çalışdığı mağazalardan birində tapılıb. Onlarla insan hələ də itkin düşmüş sayılır.
Axtarış-xilasetmə əməliyyatları davam edərkən təmizləmə işləri müvəqqəti dayandırılıb. Yanğın 17 yanvar axşamı cənub liman şəhəri Karaçidə baş verib və sürətlə Gul Plaza ticarət kompleksinə yayılıb. Mütəxəssislər bu hadisəni son illərin ən dağıdıcı yanğınlarından biri hesab edirlər.
Mövzular: