Reklam resmi
Reklam resmi

Avstraliyada atışma: silahlı şəxs hələ də AXTARILIR

Avstraliyada atışma: silahlı şəxs hələ də AXTARILIR
Dünya

Naməlum silahlı şəxs Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Kargeliqo gölü şəhərində insanlara atəş açıb.

Ajans.az ABC televiziya kanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla 16:40-da (Bakı vaxtı ilə 09:40) Uoker küçəsində baş verib. Polis üç nəfərin öldüyünü, daha bir nəfərin isə ağır, lakin stabil vəziyyətdə xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Jurnalistlərin məlumatına görə, silahlı şəxs hələ də azadlıqdadır. Hadisə yerində polis kordon yaradıb və araşdırma aparılır. Sakinlərə mümkün olduqda evdə qalmaq tövsiyə olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya atışma

Digər Xəbərlər