Reklam resmi
Reklam resmi

Ermənistan 150 milyon dollarlıq kredit GÖTÜRƏCƏK

Ermənistan 150 milyon dollarlıq kredit GÖTÜRƏCƏK
Dünya

Ermənistan hökuməti Asiya İnkişaf Bankı (AİB) ilə 150 milyon dollarlıq kredit müqaviləsi imzalamaq barədə qərar qəbul edib.

Ajans.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, 22 yanvar tarixində keçirilən iclasda hökumət “Maliyyə Sabitliyi və Maliyyə Bazarının İnkişafı Proqramı – Alt Proqram 3” çərçivəsində kredit müqaviləsini təsdiqləyib.

Əsaslandırmada bildirilir ki, bu addım “2025-ci il Dövlət Büdcəsi haqqında” Qanunun icrasını təmin etmək məqsədilə zəruridir. Hökumət 2025-ci il üçün illik borclanma proqramı hazırlayıb və bu proqrama əsasən, AİB də daxil olmaqla beynəlxalq maliyyə qurumlarından büdcə dəstəyi kreditlərinə ehtiyac təxminən 675 milyon dollar olaraq qiymətləndirilir.

Kreditin üzən faiz dərəcəsi 4,66%, müddəti isə güzəşt dövrü daxil olmaqla 15 il nəzərdə tutulub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan kredit

Digər Xəbərlər