Reklam resmi
Reklam resmi

Tramp Meksika Körfəzinə öz adını vermək İSTƏYİRDİ

Tramp Meksika Körfəzinə öz adını vermək İSTƏYİRDİ
Dünya

ABŞ Prezidenti Donald Tramp brifinq zamanı zarafatla Meksika Körfəzinə öz adını vermək istədiyini bildirib, lakin sonradan fikrini dəyişdiyini qeyd edib.

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

Tramp deyib: “Niyə məhz Meksika Körfəzi? Bu, Amerika Körfəzi olmalıdır. Mən onu ‘Tramp Körfəzi’ adlandırmaq istəyirdim, amma belə etsəydim, öldürüləcəyimi düşünürdüm. Bunu etmək istəyirdim, amma etməməyə qərar verdim. Zarafat edirəm”.

Qeyd olunur ki, 2025-ci ilin yanvarında Tramp Meksika Körfəzinin adını Amerika Körfəzi adlandıran sərəncam imzalayıb. Sərəncamda bu addımın körfəzdəki çiçəklənən iqtisadi resursları və onun ABŞ iqtisadiyyatı üçün əhəmiyyətini tanımaq məqsədilə atıldığı bildirilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər