Tramp: “Sülh Şurası” BMT-nin yerini tuta bilər
ABŞ Prezidenti Donald Tramp Qəzza üçün təklif etdiyi “Sülh Şurası”nın Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə biləcəyini bildirib.
Ajans.az Fox News-a istinadən xəbər verir ki, ekspertlər bu ideyanı “mövcud beynəlxalq nizamın yenidən nəzərdən keçirilməsi” kimi qiymətləndirirlər.
Çərşənbə axşamı jurnalistlər Trampdan yeni təşkilatın BMT-nin funksiyasını əvəz edə biləcəyinə inanıb-inanmadığını soruşublar. Prezident cavabında “Ola bilsin” deyib.
Tramp həmçinin BMT-nin öz missiyasını yerinə yetirmədiyini qeyd edib:
“BMT-nin böyük fanatıyam, amma gözləntiləri doğrultmadı. BMT mənim həll etdiyim bütün müharibələri həll etməli idi”, – deyə o bildirib.
Bu açıqlama Trampın beynəlxalq təşkilatlar və mövcud diplomatik strukturlara baxışında ciddi dəyişikliklər düşündüyünü göstərir.
Mövzular: