Reklam resmi
Reklam resmi

Rusiyada məktəbli tankın altında qalaraq HƏLAK OLUB

Rusiyada məktəbli tankın altında qalaraq HƏLAK OLUB
Dünya

Rusiyanın Yakutsk şəhərində faciəli hadisə baş verib. 16 yaşlı məktəbli park ərazisində yerləşən sərgi meydançasında quraşdırılmış hərbi texnika elementinin altında qalaraq həyatını itirib.

Ajans.az Yakutsk şəhərinin meri Yevgeni Qriqoryevin Telegram kanalına istinadən xəbər verir ki, yeniyetmə tankın metal hissəsinin aşması nəticəsində ölüb. Hadisə zamanı o, parkda olub.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Rusiya istintaq qurumları faktla bağlı araşdırmalara başlayıb və faciənin başvermə səbəbləri ilə bağlı bütün hallar dəqiqləşdirilir.

Qeyd edək ki, bundan əvvəl də Rusiyada oxşar faciəvi hadisə qeydə alınıb. Belə ki, Sverdlovsk vilayətində 14 yaşlı yeniyetmə böyük qayanın altında qalaraq həlak olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər