AAYDA cənub-qərb bölgəsində gücləndirilmiş iş rejimi TƏTBİQ EDİB
Ötən gündən etibarən, ölkə ərazisinin bir sıra bölgələrində qarlı hava müşahidə edilib. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə AAYDA-nın Avtomobil yollarının mühafizəsinin cənub-qərb bölgəsi üzrə əməkdaşları səhər saatlarından yollarda intensiv hərəkətin təmin etmək üçün təmizləmə işlərini davam etdirirlər.
Ajans.az xəbər verir ki, hazırda yollarda təhlükəsizliyin və nəqliyyatın hərəkətinin tam bərpası məqsədilə gücləndirilmiş iş rejimi həyata keçirilir.
Qeyd edək ki, Saatlı, Sabirabad, İmişli, Şirvan, Hacıqabul rayonları ərazisində fasiləsiz tədbirlər həyata keçirilir. Həmçinin, respublikanın digər rayonlarında qurum əməkdaşları qardan təmizləmə prosesində iştirak edirlər.
Mövzular: