Reklam resmi
Reklam resmi

Alp dağlarında 8 xizəkçi HƏLAK OLUB

Alp dağlarında 8 xizəkçi HƏLAK OLUB
Dünya

Avstriya Alp dağlarında baş verən iki ayrı qar uçqunu nəticəsində səkkiz xizəkçi həyatını itirib.

Ajans.az xəbər verir ki,buu barədə The Sun qəzeti məlumat yayıb.

Məlumata görə, xizəkçilərdən üçü Zaltsburq yaxınlığında yerləşən Ponqau bölgəsində dağ yolundan kənarda qar uçqununa düşərək həlak olub. Daha iki nəfər isə ağır xəsarətlər alıb.

Həmin gün Qaşteyn vadisində baş verən ikinci qar uçqunu nəticəsində isə daha beş xizəkçi ölüb. Bir nəfər faciədən sağ çıxıb və xəsarət almayıb.

Bildirilir ki, hər iki qar uçqunu təxminən 7 200 fut (2 100 metr) yüksəklikdə baş verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Alp dağları xizəkçi

Digər Xəbərlər