Portuqaliyada prezident seçkisi ilk dəfə ikinci tura QALDI
Portuqaliyada keçirilən prezident seçkilərinin birinci turunda heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilməyib, buna görə 8 fevralda təkrar seçki keçiriləcək. Bu, ölkədə 40 ildən sonra ilk dəfə prezident seçkilərinin ikinci turunun keçirilməsi deməkdir.
Ajans.az xəbər verir ki, bazar günü keçirilən səsvermədə sosialist António José Ventura liderliyi ələ alıb və səsvermədə 31,1% nəticə göstərib. İfrat sağçı radikal Andre Ventura (Chega! partiyasından) ikinci yerdə 23,5% səslə qərarlaşıb.
Seçkilərin birinci turunda rekord sayda 11 namizəd iştirak edib. Müşahidəçilər nəticələrin ölkədə siyasi mənzərənin müxtəlifliyini əks etdirdiyini vurğulayırlar.
Mövzular: