Reklam resmi
Reklam resmi

Suriya liderinin səfərinə görə etiraz aksiyaları planlaşdırılıb

Suriya liderinin səfərinə görə etiraz aksiyaları planlaşdırılıb
Dünya

Suriya lideri Əhməd əl-Şaraanın Almaniyaya planlaşdırılan işgüzar səfəri təxirə salınıb.

Ajans.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfərin ləğvi Suriya tərəfinin qərarı ilə baş tutub.

Planlara əsasən, Əhməd əl-Şaraan Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayer, kansler Fridrix Merts, eləcə də Almaniyanın siyasi və işgüzar dairələrinin nümayəndələri ilə görüşməli idi. DW-nin məlumatına görə, danışıqların əsas mövzusu suriyalı qaçqınların vətənlərinə qayıdışı məsələsi olacaqdı.

NTV isə səfərin ləğvinin Suriyada davam edən gərgin döyüşlərlə əlaqəli ola biləcəyini yazır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Suriya Əhməd əl-Şaraa

Digər Xəbərlər