Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ
Çili prezidenti Qabriel Boric meşə yanğınlarının genişlənməsi səbəbindən ölkənin Nuble və Bio-Bío bölgələrində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Prezident bu barədə sosial media platforması X-də paylaşım edib.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda hər iki bölgədə güclü və nəzarətdən çıxmış yanğınlar müşahidə olunur və bu səbəbdən fövqəladə tədbirlərin görülməsi zəruri hesab edilib.
Çilinin İctimai Təhlükəsizlik naziri Luis Korderonun verdiyi məlumata görə, Bio-Bío bölgəsində baş verən yanğınlar nəticəsində azı 16 nəfər həyatını itirib. Yanğınların söndürülməsi və əhalinin təhlükəsizliyinin təmin olunması üçün xilasedici qüvvələr gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Hazırda yanğınların miqyası və dəymiş ziyanın həcmi ilə bağlı qiymətləndirmə işləri davam etdirilir.
Mövzular: