Rütte Trampla Qrenlandiyanı müzakirə ETDİ
Şimali Atlantika Alyansının baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Tramp ilə Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə etdiyini açıqlayıb.
Ajans.az xəbər verir ki, Rütte bu barədə X sosial şəbəkəsində paylaşım edib.
“ABŞ prezidenti ilə Qrenlandiya və Arktikada təhlükəsizliklə bağlı vəziyyəti müzakirə etdim. Davosda onunla görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə alyansın baş katibi bildirib.
Mövzular: