Reklam resmi
Reklam resmi

Venesuelada ABŞ əməliyyatı zamanı onlarla insan HƏLAK OLUB

Venesuelada ABŞ əməliyyatı zamanı onlarla insan HƏLAK OLUB
Dünya

Bolivar Respublikasının müdafiə naziri Vladimir Padrino Lopez ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədilə həyata keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama verib.

Ajans.az xəbər verir ki, əməliyyat nəticəsində 47 Venesuela hərbçisi, o cümlədən doqquz qadın həlak olub. Ümumilikdə ölənlərin sayı 83 nəfərə çatıb, 112-dən çox insan isə yaralanıb. Padrino Lopez həlak olanlar arasında 32 Kuba hərbçisinin də olduğunu bildirib.

Bolivar Respublikasının daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello isə yanvarın 8-də verdiyi açıqlamada ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyat zamanı azı 100 nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, qurbanların əksəriyyəti hadisə ilə heç bir əlaqəsi olmayan gənclərdir.

Kabello qeyd edib ki, ABŞ xüsusi təyinatlı qüvvələrinin əməliyyatı zamanı ölkənin yüksək vəzifəli rəsmiləri də xəsarət alıb. Prezident Nikolas Maduro ayağından, birinci xanım Siliya Flores isə baş nahiyəsindən yaralanıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela ABŞ

Digər Xəbərlər