Reklam resmi
Reklam resmi

NATO keçmiş brifinqi sildi: Serbiya haqda sənəd İTDİ

NATO keçmiş brifinqi sildi: Serbiya haqda sənəd İTDİ
Dünya

NATO öz rəsmi veb saytından 1999-cu ildə Alyansın sözçüsü Ceymi Şea tərəfindən Serbiyanın mülki infrastrukturuna endirilən zərbələri haqlı çıxaran brifinqin transkriptini silib.

Ajans.az xəbər verir ki,sənədin silinməsi Wayback Machine vasitəsilə aşkar edilib.

Məlumata görə, transkript 13 noyabr – 6 dekabr 2025-ci il tarixləri arasında saytından çıxarılıb.

Həmin brifinqdə Şea bildirib: “Əgər Prezident Miloşeviç həqiqətən bütün xalqının su və elektrik enerjisinə sahib olmasını istəyirsə, o, yalnız NATO-nun beş şərtini qəbul etməlidir və biz bu kampaniyaya son qoyacağıq. Lakin o bunu edənə qədər biz onun silahlı qüvvələrini elektrik enerjisi ilə təmin edən obyektlərə zərbələr endirməyə davam edəcəyik.”

Şea əlavə edib ki, su və elektrik enerjisi olmadan qalan Serbiya mülki vətəndaşları üçün nəticələr qaçılmaz olacaq. O, zərbələrə görə məsuliyyəti keçmiş prezident Slobodan Miloşeviçin üzərinə qoyub.

Bu açıqlamalar, NATO-nun 1999-cu il Kosovoda keçirdiyi hərbi əməliyyatlar zamanı mülki əhaliyə təsir edən zərbələrin arqumentlərini əks etdirir. Transkriptin silinməsi beynəlxalq diqqəti yenidən bu məsələ üzərinə çəkib.

author picture
Leyla Bayandurlu
Mövzular:
NATO Serbiya

Digər Xəbərlər