Portuqaliya İrandakı səfirliyini BAĞLAYIR
Dünən Portuqaliya Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfirliyinin müvəqqəti olaraq bağlandığını elan edib. Qərar regionda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi fonunda verilib.
Ajans.az Euronews-a istinadən xəbər verir ki, risk qiymətləndirməsi göstərib ki, İrandakı mövcud vəziyyət xarici vətəndaşlar üçün ciddi təhlükə yaradır. Portuqaliya hakimiyyəti vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Qalmaq qərarına gələnlərə son dərəcə ehtiyatlı olmaq, həmçinin Portuqaliya vətəndaşlarına İrana səyahətlərini təxirə salmaq tövsiyə olunur.
Mövzular: