Reklam resmi
Reklam resmi

Qazaxıstanda sərnişin avtobusu aşıb: ÖLƏNLƏR VAR

Qazaxıstanda sərnişin avtobusu aşıb: ÖLƏNLƏR VAR
Dünya

16 yanvar gecəsi Qazaxıstanın Manqistau bölgəsində sərnişin avtobusu magistral yolda qəzaya uğrayıb. Hadisə nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb.

Ajans.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, polis məlumatına görə, sürücü idarəetməni itirib və avtobus xəndəyə aşıb. Avtobusda 50 sərnişin olub.

Polisin açıqlamasında qeyd olunur:

“Dörd sərnişin hadisə yerində ölüb. Daha 17 yaralı xəstəxanaya yerləşdirilib, qalan sərnişinlər isə ambulator müalicə alır.”

Avtobus “CASPIAN TRANS CORPORATION” MMC-yə qeydiyyatdan keçib və rəsmi məlumatlara görə, 19 dekabr 2025-ci ildə texniki baxışdan keçib. Qəzadan təxminən 200 kilometr əvvəl ikinci sürücü dəyişdirilib. Sükan arxasında 1985-ci il təvəllüdlü kişi olub. Yol asfaltlanmış və eni doqquz metrdir.

Polis hadisə ilə bağlı məhkəməyəqədər araşdırma aparır. Avtobus sürücüsü saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, həmçinin məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan avtobus

Digər Xəbərlər