Reklam resmi
Reklam resmi

ABŞ Venesuelanın daha bir tankerini ələ keçirdi

ABŞ Venesuelanın daha bir tankerini ələ keçirdi
Dünya

ABŞ Venesuela ilə əlaqəli daha bir neft tankerini ələ keçirib.

Ajans.az xəbər verir ki, bu barədə "Reuters"ə adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib.

Məlumata görə, müsadirə ABŞ Prezidenti Donald Tramp ilə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado arasında planlaşdırılan görüş ərəfəsində həyata keçirilib.

Qeyd olunur ki, bu addım son həftələrdə Venesuela nefti daşıyan və ya əvvəllər bu məqsədlə istifadə olunmuş gəmilərə qarşı görülən tədbirlər çərçivəsində artıq müsadirə edilən altıncı tankerdir.

Adının açıqlanmasını istəməyən rəsmilər müsadirənin Karib dənizində baş verdiyini bildiriblər, lakin gəminin adını açıqlamayıblar.

Mövzular:
ABŞ Venesuela Tanker

Digər Xəbərlər