Reklam resmi
Reklam resmi

Azərbaycanda ilk - “Jobix” istifadəyə verildi - Fotolar

Azərbaycanda ilk - “Jobix” istifadəyə verildi - Fotolar
Cəmiyyət

Azərbaycanda yeni xidmət və peşəkar axtarış platforması istifadəyə verilib.

Ajans.az xəbər verir ki, layihənin rəhbəri Aynurə Azayevanın verdiyi məlumata görə, “Jobix” platforması xidmət və xidmət axtarışında olanları bir arada toplamağı hədəfləyən peşəkar platformadır. 

“Jobix” iş axtarışında olan peşəkar mütəxəssislər, işçi axtaran şirkətlər və xidmət axtaran, müxtəlif sahələrdə xidmətlərini təqdim etmək istəyən şəxsləri bir-biri ilə əlaqələndirən çevik və modern onlayn platformadır. Platformanın əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarların daha geniş auditoriyaya çıxışını təmin etmək, mtəxəsislərin və xidmət təqdim edənlərin ehtiyaclarına uyğun ən doğru xidməti, qısa zamanda tapmağa şərait yaratmaqdır.

“Jobix”-də həm fərdi mütəxəssislər, həm də şirkətlər öz xidmətlərini təqdim edə və göstərdikləri xidmət sahələrinə aid portfoliolarını nümayiş etdirə bilirlər. “Jobix” platformasında – təmirdən mühasibatlığa, dizayn xidmətlərindən hüquqi konsultasiyalara, gözəllik xidmətlərindən texniki ustalara qədər geniş sahələr əhatə olunub. Pərdə tikən usta da, santexnik də, korporativ xidmət göstərən şirkət də – hər kəs bu platformada öz hədəf auditoriyası ilə birbaşa əlaqə yarada biləcək. Məqsəd Azərbaycanın əmək bazarında iş və xidmət axtaranların işini asanlaşdırmaqdır”

İlk 3 ay ərzində platformanın mütəxəssislər üçün qeydiyyat  və xidmət təqdimatı tamamilə pulsuzdur. Daha sonra isə xidmətlərin davamlılığı və reklam görünürlüyünün artırılması üçün uyğun və əlçatan abonent paketləri təklif olunacaq.

“Jobix”in məqsədi xidmət bazarını daha sistemli, şəffaf və əlçatan etmək, həm də real işgüzar əlaqələrin səmərəli şəkildə qurulmasını dəstəkləməkdir. 

“Jobix” – xidmətləri əlçatan edir.

Asanlıqla axtar, seç və xidmət al.

“Jobix” xidmətini paylaş, işini asanlaşdır!

Jobix”i aşağıdakı linklərə daxil olaraq yükləyə və istifadə edə bilərsiniz:

Sayt: www.jobix.az

Sosial şəbəkələr: “İnstagram”, “Facebook”, “TikTok

Yükləmə linkləri: Android”, “İOS” 

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Jobix

Digər Xəbərlər