Reklam resmi
Reklam resmi

Rusiyanın keçmiş nazir müavini ÖLÜ TAPILIB

Rusiyanın keçmiş nazir müavini ÖLÜ TAPILIB
Dünya

Rusiyanın Əmək və Sosial Müdafiə nazirinin keçmiş müavini Aleksey Sklyarın cəsədi Yeni Moskva ərazisində aşkarlanıb. İlkin məlumata görə, o, intihar edib.

Ajans.az xəbər verir ki,bu barədə təcili tibbi xidmətlərdəki mənbəyə istinadən TASS agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Sklyar 15 yanvar səhəri Filimonkovskoye kəndində yerləşən şəxsi evində ölü tapılıb.

MK nəşri bildirir ki, keçmiş məmur ölümündən əvvəl Telegram kanalında vida mesajı paylaşıb. Mesajda o, həyat yoldaşını “baş verənlərdə günahlandırdığı” ifadələrə yer verib.

“Moskva” xəbər agentliyinin məlumatına görə, hadisə yerinə gələn təcili yardım əməkdaşları cəsədin yanında tapança aşkarlayıblar.

“Baza” nəşri isə yazır ki, Sklyarın həyat yoldaşı Yuliya “ciddi emosional stress vəziyyətində” olduğu üçün jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Ailəyə yaxın mənbələr cütlüyün son illərdə qısqanclıq zəminində tez-tez münaqişələr və mübahisələr yaşadığını bildiriblər.

Qeyd edək ki, Aleksey Sklyar 50 yaşında idi. O, 2018–2022-ci illərdə Rusiyanın Əmək və Sosial Müdafiə nazirinin müavini vəzifəsində çalışıb, əsasən informasiya sistemləri və elektron dövlət xidmətləri sahəsinə nəzarət edib. Baş nazir Mixail Mişustinin imzaladığı istefa sənədində onun vəzifədən könüllü şəkildə ayrıldığı qeyd olunmuşdu.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Əmək və Sosial Müdafiə naziri

Digər Xəbərlər