Reklam resmi
Reklam resmi

Hakan Fidan: “Ankara ABŞ və İran arasında dialoqa ümid edir”

Hakan Fidan: “Ankara ABŞ və İran arasında dialoqa ümid edir”
Dünya

Türkiyə üçün İranın bütün regionun təhlükəsizliyini təhdid edə biləcək proseslərin qarşısını alması böyük əhəmiyyət daşıyır.

Ajans.az xəbər verir ki,bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib.

Yerli medianın məlumatına görə, nazir qeyd edib ki, regionda uzun illərdir həllini tapmayan bir sıra problemlər mövcuddur. Onların sırasında İran İslam Respublikasına qarşı tətbiq olunan uzunmüddətli sanksiyalar da yer alır.

Hakan Fidan vurğulayıb ki, Ankara və Tehran əsrlərə söykənən tarixi və qonşuluq münasibətləri ilə bir-birinə bağlıdır. Bu səbəbdən Türkiyə İranda baş verən prosesləri diqqətlə izləyir.

“Regionda təhlükəsizliyin təmin olunması üçün mövcud problemlərin dialoq yolu ilə həll edilməsinin tərəfdarıyıq. Diplomatik səylərimizi davam etdirəcəyik və ümid edirik ki, Vaşinqton və Tehran bu məsələləri danışıqlar yolu ilə nizamlaya biləcəklər”, – deyə nazir bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər